Şahmat Federasiyasının rəhbərliyi Şuşada

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov, baş katib İlahə Qədimova və digər rəsmi şəxslər Şuşa şəhərində olub.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, səfərdə əsas məqsəd sentyabrda Şuşada təşkil olunacaq şahmat üzrə beynəlxalq turnirin keçirilməsi üçün mövcud şəraitlə tanışlıqdır.

Mahir Məmmədov bildirib ki, Qarabağ xanlığının sonuncu varisi, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan beynəlxalq yarışın təşkilatı məsələləri üzərində işlər yüksək sürətlə davam edir:

“Şuşada ilk beynəlxalq şahmat turniri ilə bağlı işlər plan üzrə davam edir. Təşkilati işlərə Gənclər və İdman Nazirliyi ilə yanaşı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi də qatılıb. Şuşada şahmat yarışının əsl idman bayramı kimi yadda qalacağına ümid edirik. Azərbaycan hər zaman böyük təşkilatçılıqla diqqəti cəlb edib. Şuşa turnirinin tarixi şəhərin adına layiq keçirilməsi üçün bütün zəruri işlər görüləcək”.

Qadın və kişi şahmatçılar arasında təşkil olunacaq yarış rapid və blits formatında olacaq. 21-24 sentyabrda baş tutacaq Şuşa turnirində Azərbaycanın və dünyanın məşhur şahmatçılarının iştirakı planlaşdırılır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button