Şahmat: Azərbaycan çempionatında ilk finalçı məlum olub

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub.

Komanda.az-a bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən yarımfinalın hər iki partiyasında Aydın Süleymanlı Xəzər Babazadəni üstələyərək, adını finala yazdırıb.

Yarımfinal mərhələsinin ikinci günündə Məhəmməd Muradlı Vüqar Rəsulovu məğlub etməklə ilk partiyadakı məğlubiyyətin əvəzini çıxıb – 1:1. Bu gün onlar arasında tay-brek oynanılacaq və ikinci finalçının adına aydınlıq gələcək.

Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button