Sadıxovun 200-cü oyunu

Azərbaycan Premyer Liqasının 31-ci turu Rəhim Sadıxov üçün yubileylə əlamətdar olub.

Komanda.az xəbər verir ki, “Turan Tovuz”un yarımmüdafiəçisi turnirdə 200-cü matçına çıxıb. “Karvan-Yevlax”la qarşılaşmanı (1:0) əvəz olunmadan keçirən Rəhim 200 oyunda 31 qola imza atıb.

Debütü 2019/20 mövsümünə təsadüf edən yarımmüdafiəçi 3 klubun formasını geyinib. O, “Sumqayıt”da 82 (17 qol), “Zirə”də 70 (10 qol), “Turan Tovuz”da 48 (4 qol) görüşə çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button