“Mən söz verənlərdən deyiləm” – Messi

“Mən söz verənlərdən deyiləm və söz verməmişəm. Həmişə düşünürəm ki, hər şeyə Tanrı qərar verir”.

Komanda.az “Diario Deportivo OLE”-yə istinadən xəbər verir ki, bunu PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messi bildirib. Messi futbolda və həyatda əldə etdiklərinə görə minnətdar olduğunu deyib:

“Həm futbolda, həm də həyatımda yaşadığım hər şeyə görə həmişə minnətdaram. Gələcək olan gələcək. Məncə, buna Tanrı qərar verir. Mən sadəcə bu barədə düşünürəm”.

Fransa çempionatının cari mövsümündə argentinalı futbolçu 13 matçda 7 qol vurub, 10 məhsuldar ötürmə edib. O, UEFA Çempionlar Liqasında 5 oyunda 4 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button