Karrager “Liverpul”un müdafiəçisini “yıxıb-sürüdü”

“Liverpul”un sabiq futbolçusu Ceymi Karrager komandanın müdafiəçisi İbrahima Konateni tənqid edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, fransalı futbolçunun cari mövsümdə sabit çıxış etmədiyini və demək olar ki, hər oyunda səhvlərə yol verdiyini bildirib:

“Konate hər matçda səhv edir! O, bütün mövsüm ərzində fəlakətli təsir bağışlayıb və PSJ-yə qarşı oyunda da zəif çıxış etdi. Biz bu mövsüm Vircil van Daykı çox tənqid etmişik və düşünürəm ki, bu, ədalətsizdir. Belə ki, Konate ilə yanaşı oynamaq heç də asan deyil”.

Konate bu mövsüm bütün turnirlərdə 43 oyunda iştirak edib və 2 qol vurub.

“Liverpul” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda səfərdə PSJ-yə 0:2 hesabı ilə məğlub olub. Cavab qarşılaşması aprelin 14-də, “Enfild”də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button