Sabiq futbolçu “Arsenal”ı tənqid etdi

İngiltərəli sabiq futbolçu Alan Smit “Arsenal”ın Premyer Liqanın 27-ci turunda səfərdə “Vulverhempton”la heç-heçə etməsini (2:2) tənqid edib.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, o, iki top fərqi ilə önə keçdikdən sonra qələbəni əldən verməyin çempionluğa iddia edən komanda üçün qəbuledilməz olduğunu bildirib:

“Görünür, dönüş nöqtəsi gəlib çatdı. İndi hər şey “Mançester Siti”nin əlindədir. Autsayderə qarşı iki top üstünlük əldə edib qalib gələ bilməmək “topçular” üçün yolverilməzdir. Bir çoxu “Arsenal”ı dünyanın ən yaxşı komandası adlandırır. Amma soyuqqanlılıq və nəticə qazanmaq bacarığı yoxdursa, bunun heç bir əhəmiyyəti yoxdur”.

Turnir cədvəlinə başçılıq edən “Arsenal” hazırda 2-ci pillədəki “Mançester Siti”ni 5 xal qabaqlayır. Ancaq Pep Qvardiolanın rəhbərlik etdiyi komandanın ehtiyatda bir oyunu var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button