Sabiq “Beşiktaş”lı yenidən Super Liqaya döndü

Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Ersan Gülüm və Delvin Ndinqanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ersan Gülüm son olaraq Avstraliyanın “Vestern Yunayted” klubunun şərəfini qoruyub. Türkiyə millisində də oynamış 32 yaşlı mərkəz müdafiəçisi daha çox “Beşiktaş”dakı çıxışı ilə tanınır. O, “Antalyaspor”la 1,5 illik müqavilə imzalayıb.

Konqolu yarımmüdafiəçi Ndinqa isə “Sivasspor”dan gəlib. Super Liqanın lideri ilə qarşılıqlı razılıq əsasında yolları ayıran 31 yaşlı futbolçu, yeni klubuna azad agent kimi keçib. Konqo yığmasının sabiq üzvü “Antalyaspor”la mövsümün sonuna kimi anlaşıb.

Ndinqa karyerası ərzində “Monako”, “Lokomotiv” (Moskva), “Olimpiakos” kimi klublarda da çıxış edib. O, 2017-ci ildən “Sivasspor”da oynayırdı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button