
Sulşer “Mançester Yunayted”ə qayıtmaq arzusundadır
“Mançester Yunayted” rəhbərliyi komandanın sabiq hücumçusu və çalışdırıcısı Ole-Qunnar Sulşerin klubun baş məşqçisi postuna qayıtmaq istədiyini bilir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, norveçli mütəxəssis əvvəllər çalışdığı baş məşqçi postuna dönmək niyyətində olduğunu açıqlayıb.
O, komandanı 2025/2026 mövsümünün sonuna qədər, qısa müddətdə idarə etməyi planlaşdırır. “Qırmızı şeytanlar”ın rəhbərliyi komandanı yarım il üçün çalışdıracaq namizədlərin siyahısını hazırlayır, sonra isə daimi baş məşqçi təyin ediləcək.
Ruben Amorim istefaya göndərildikdən sonra “Mançester Yunayted”in futbolçularının məşqlərini sabiq yarımmüdafiəçi Darren Fletçer keçəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



