
Keçmiş baş məşqçisi “Tottenhem”ə geri dönə bilər
“Tottenhem”in sabiq baş məşqçisi Angelos Postekoqlu yenidən London komandasının “sükanı arxasına” keçməyə hazırdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir, ötən mövsümün sonunda “Tottenhem”dən ayrılan avstraliyalı mütəxəssis kluba geri dönüş variantına açıqdır. Postekoqlu ilə yenidən əməkdaşlıq ehtimalı gündəmdədir.
“Tottenhem” Postekoqlunun rəhbərliyi altında Avropa Liqasının qalibi olub. Bu titul klub üçün son 18 ildə qazanılan ilk böyük uğur kimi tarixə düşüb.
Londonluların hazırkı baş məşqçisi Tomas Frankdır. Komanda onun rəhbərliyi altında Premyer Liqada cari mövsümdə 21 turdan sonra 27 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



