“Sabah”n futbolçusu əməliyyat olunub
“Sabah” klubunun futbolçusu Anatoli Nuriyev əməliyyat olunub.
Klubun mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, oyunçu ikitərəfli qasıq yırtığından cərrahi müdaxiləyə ehtiyac duyub.
Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurla başa çatıb.
Həkimlərin rəyinə əsasən, Nuriyev 2 həftə sonra məşqlərə başlaya biləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin