“Sabah”ın U-10 komandası Rusiyada keçirilən beynəlxalq turnirə qatılıb

“Sabah”ın U-10 komandası Rusiyanın Kazan şəhərində keçirilən “East Cup Kazan” beynəlxalq turnirinə qatılıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu komanda turnirin A qrupunda Qazaxıstanın “Elimay”, Rusiyanın “Nefteximik”, Tacikistanın “Babilon” və Qırğızıstanın “Abdysh-Ata” komandaları ilə mübarizə aparacaq.

Azərbaycan təmsilçisi turnirdə ilk oyununu bu gün Tacikistanın “Babilon” komandasına qarşı keçirəcək. Yarışa mayın 17-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button