“Sabah”ın tarixinə düşdü

Azərbaycan millisinin futbolçusu Amin Seydiyev “Sabah” klubunun tarixində ən çox oyuna çıxan oyunçu olub.

Komanda.az xəbər verir ki, 24 yaşlı müdafiəçi bunu “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın 15-ci tur oyununda rəsmiləşdirib.

“Sabah”da 68-ci qarşılaşmasını keçirən Seydiyev bu göstəricidə mütləq rekordçudur. O, komandanın sabiq qapıçısı Saşa Stamenkoviçi (67) geridə qoyub.

Amin Seydiyev “Sabah”ın heyətində Premyer Liqada 64, ölkə kubokunda isə 4 matçda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button