“Sabah”ın rəqibinin mətbuat konfransı baş tutmayacaq

Bu gün “Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Makkabi”nin baş məşqçisi Barak Baharın mətbuat konfransı keçirilməli idi.

Komanda.az xəbər verir ki, “Bank Respublika Arena”da baş tutması gözlənilən tədbir ləğv edilib. Buna rəqibin yolculuq etdiyi təyyarənin Bakıya gecikməsi səbəb olub.

“Sabah” – “Makkabi” oyunu sabah saat 20.00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button