“Sabah”ın macarlarla ikinci dueli

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Sabah” bu gün toplanış çərçivəsində ilk yoxlama oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, sözügedən komanda Macarıstanın “Pakş” klubu ilə qarşılaşacaq. “Yaşıl-ağlar” “Sabah”ın yoxlama oyununda qarşılaşacağı ikinci Macarıstan təmsilçisi olacaq. Belə ki, bu komanda ötənilki Antalya toplanışında bu ölkənin MTK (Budapeşt) klubuyla üz-üzə gəlmişdi. Qarşılaşma “Sabah”ın 3:1 hesablı qələbəsilə başa çatmışdı. Bakılıların qollarına isə Vadim Abdullayev, Marko Deviç və Cavid İmamverdiyev imza atmışdılar.

Ümumilikdə, “Pakş”la matç “Sabah”ın 13-cü beynəlxalq yoxlama görüşü olacaq. Komanda bu günə kimi keçirdiyi 12 görüşün 4-də qalib gəlib, 6-da heç-heçə edib, 2-də məğlub olub (top fərqi: 23-21).

“Sabah” ən çox Türkiyə təmsilçiləriylə üz-üzə gəlib (7 oyun). Komanda Türkiyə və Macarıstan klublarından əlavə, Rumıniya, Qazaxıstan, İsveçrə və Qətər təmsilçilərinin hər biri ilə 1 dəfə qarşılaşıb.

“Sabah” – “Pakş” görüşü Bakı vaxtı ilə saat 18:30-da başlayacaq və klubun “youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.

“Sabah”ın bütün beynəlxalq yoxlama oyunları:

Bolu, 2018-ci il

“Sabah” – “Giresunspor” (Türkiyə) 1:1
Qol: Vitali Kvaşuk.

“Sabah” – “Osmanlıspor” (Türkiyə) 1:1
Qol: Tural Qürbətov.

“Sabah” – “Sancaktepe Belediyyespor” (Türkiyə) 2:2
Qol: Elgün Nəbiyev, Elşən Abdullayev.

“Sabah” – “Alanyaspor” (Türkiyə) 1:1
Qol: Elgün Nəbiyev.

Antalya, 2019-cu il

“Əskişəhərspor” (Türkiyə) – “Sabah” 0:1
Qol: Emil Qasımov.

“Sabah” – “Tobol” (Qazaxıstan) 2:2
Qol: Rəşad Eyubov, Cavid İmamverdiyev.

“Sabah” – MTK (Budapeşt, Macarıstan) 3:1
Qol:Vadim Abdullayev, Marko Deviç, Cavid İmamverdiyev.

“Syon” U-21 (İsveçrə) – “Sabah” 4:4
Qol: Marko Deviç-pen, Elşən Abdullayev, Təmkin Xəlilzadə, Filip İvanoviç.

Bolu-Qızılcahamam, 2019-cu il

“Sabah” – “Konkordia” (Rumıniya) 1:2
Qol: Cavid Tağıyev.

“Kemerspor” (Türkiyə) – “Sabah” 1:2
Qol: Amadu Diallo, Hendrik Eksteyn.

“Sabah” -“Əl-Şahaniyə” (Qətər) 3:2
Qol: Məqsəd İsayev (2), Cavid İmamverdiyev.

“Gənclərbirliyi” (Türkiyə) – “Sabah” 4:2
Qol: Təmkin Xəlilzadə, Emil Qasımov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button