“Sabah”ın məşqçisi: “Daha da irəli getməyə çalışacağıq”

“Sabah”ın məşqçisi Rövşən Babayev Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Komanda adından bütün azarkeşlərimizə verdikləri dəstəyə görə təşəkkür edirəm. Futbolçularlımıza da minnətdarıq. Çalışacağıq ki, daha da irəli gedək. Bizdə oyun praktikası sarıdan korluq çəkən futbolçularımız var. Bununla belə, bacardıqları oyunu nümayiş etdirdilər. Bizdə bəxt amili hardasa çatmır. İstəkli, əzmkar oynadıq. Əzmkar qələbə qazandıq. Çalışacağıq ki, bunu davam etdirək. Hakimliklə bağlı heç bir problemimiz, iradımız yoxdu. Emosiyadı, oyunda olur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button