“Sabah”ın hücum xəttində çatışmazlıq var”

“Sabah”ın məşqçisi Rövşən Babayevin Premyer Liqanın 5-ci turu çərçivəsində “Sumqayıt” ilə qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Babayev 0:1 hesabıyla bitən matçı belə şərh edib:

  • Rəqib komandanı təbrik edirik. Hava da öz sözünü dedi. Təbii ki, alınmadı. Çalışacağıq ki, işləyib bu vəziyyəti düzəldək.
  • Çox saylı qol vəziyyətlərinin boşa verilməsini nə ilə əlaqələndirmək olar?
  • Bizdə hücumda çatışmazlıq var. Hiss olunur ki, istəklərimizə nail ola bilmirik. Hücumçularımızın problemi odur ki, gücləri çatmır.
  • Bir həftə əsas komandaya rəhbərlik etdiz. İqor Ponomaryova nə məsləhət görərsiz?
  • Onunla görüşməmişik. Görüşüb, danışmaq lazımdır. Komandada nə baş verdiyini bilirik.
  • Əvvəllər “Sumqayıt”da çalışmısız. Bu komandaya qarşı bu gün rəqib olmaq necə hissdir?
  • Udmaq istədik, alınmadı.

Şahin Cəfərov