“Sabah”ın futbolçusu yubiley oyununu keçirib

Amin Seydiyev “Sabah”ın heyətində yubiley oyununu keçirib.

Komanda.az xəbər verir ki, Premyer Liqanın 18-ci turunda “Qəbələ” ilə oyun 25 yaşlı müdafiəçinin 100-cü çempionat qarşılaşması olub.

Azərbaycan millisinin üzvü 2020-ci ilin yayından “Sabah”ın formasını geyinir. O, dördüncü mövsüm oynadığı klubda keçirdiyi 100 görüşdə 2 qola imza atıb.

Amin Seydiyev “Sabah”ın formasında Premyer Liqadakı ilk matçına 2020-ci il avqustun 22-də çıxıb. Onun debüt görüşündə bakılılar səfərdə “Qarabağ”a 0:2 hesabı ilə uduzublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button