“Sabah”ın baş məşqçisinin cəzası açıqlandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda “Sabah”ın baş məşqçisi Murad Musayevin bir oyunluq cəzalandırılmasına qərar verilib. Buna 40 yaşlı mütəxəssisin “Səbail”ə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın 29-cu tur oyununda ikinci sarı vərəqəni alması səbəb olub.

Paytaxt təmsilçisi Musayevə görə 800 manat məbləğində cərimələnib.

Qarşılaşmada qırmızı vərəqə alan komandanın futbolçusu Con İrasabal da eyni cəza ilə üzləşib və klubu 200 manat ziyana salıb.

Bundan əlavə, “Sabah” 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat ödəməli olacaq.

Oyun başa çatdıqdan sonra meydana kənar şəxslər daxil olub. Buna görə “Səbail” 1600 manat məbləğində cərimələnib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button