“Sabah”ın baş məşqçisi: “Mən adlara önəm verən deyiləm” – VİDEO

“Sabah”ın baş məşqçisi Jelko Sopiç İTV-də yayımlanan “Bol idman” verilişinin qonağı olub.

Komanda.az xəbər verir ki, komandasının çıxışından, qış hazırlıq planından danışan xorvatiyalı mütəxəssis maraqlı fikirlər səsləndirib:

“Premyer Liqada fevrala qədər vaxtımız olacaq. Amma mən vaxt amilini qabardan məşqçilərdən deyiləm. Futbolçularla necə işləyəcəyimi bilirəm. Əsas odu ki, komandanı irəliyə aparmaq üçün planlarımız məlumdu.

Birləşmiş Ərəb Əmirliklərində klublar çempionata ulduz futbolçular cəlb etmək üçün böyük pullar xərcləyirlər. Bu baxımdan orada futbolun səviyyəsi Azərbaycandakı ilə müqayisədə yüksək ola bilər. Mən adlara önəm verən məşqçi deyiləm. Əsas oynamaqdı. Mənim futbol fəlsəfəmdə ilk sırada ad yox, meydanda mübarizə aparmaq dayanır”.