“Sabah”ı ürəkdən təbrik edirəm” – Rövşən Nəcəf

“Bu gün Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün qalibi olan “Sabah” Futbol Klubuna yüksək mükafatları təqdim etdik”.

Komanda.az xəbər verir ki, bunu AFFA prezidenti Rövşən Nəcəf “X” sosial şəbəkə hesabında yazıb.

“Bir daha mövsüm boyunca yüksək peşəkarlıq, əzmkarlıq nümayiş etdirən, azarkeşlərini məzmunlu oyunlar və inamlı qələbələrlə sevindirən “Sabah” klubunu ürəkdən təbrik edirəm”, – paylaşımda qeyd olunub.

Rövşən Nəcəf bu il Azərbaycan çempionatında yüksək nəticələr göstərərək ölkəni avrokuboklarda təmsil etmək hüququ qazanan bütün klublara qarşıdakı yarışlarda parlaq qələbələr arzulayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button