“Sabah”dan Azərbaycan ordusuna formalı dəstək FOTO

“Sabah” klubu xüsusi formalar hazırlatdıraraq satışa çıxarıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə qeyd olunub ki, satışdan əldə ediləcək bütün gəlir ordumuza yardım üçün xərclənəcək.

Xüsusi formanın arxa hissəsinə Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olmuş 13 yaşlı futbolçu Şəhriyar Qurbanovun adı əks olunub. Komanda bu formada yalnız bir oyuna çıxıb. Satışda olan bütün formalar Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində baş tutmuş “Sabah” – “Keşlə” oyununda istifadə olunub.

Formaların üzərindəki adlar eyni, rəqəmlər isə müxtəlifdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button