“Sabah”da yeni müqavilə – Rəsmi

“Sabah” klubu müdafiəçi Amin Seydiyevlə yeni müqavilə bağlayıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan millisinin də üzvü olan 24 yaşlı müdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2026-cı ilə kimdir.

Seydiyev 2020-ci ildən “Sabah”ın uğurları üçün çalışır. O, bu günə kimi komandanın heyətində 71 rəsmi matç keçirib (66 oyun Premyer Liqada, 5 oyun ölkə kubokunda), 2 qol vurub.

Amin Seydiyev “Sabah”ın heyətində ən çox oyun keçirmiş futbolçudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button