
“Sabah”da yeni müqavilə
“Sabah” klubu müdafiəçisi Tellur Mütəllimovla yeni müqavilə bağlayıb.
Komanda.az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ilə anlaşmanın müddəti 2 ildir.
Mütəllimov 2022-ci ildən “Sabah”ın uğurları üçün çalışır. Azərbaycan millisinin də üzvü olan futbolçu “Sabah”da ümumilikdə 102 oyun keçirib. O, “bayquşlar”ın heyətində 1 dəfə Azərbaycan çempionu, 2 dəfə isə kubokunun qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



