“Sabah”da yeni müdafiəçi – VİDEO

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi monteneqrolu müdafiəçi Nikola Vuyadinoviçlə bir illik müqavilə bağlayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Serbiyanın “Srvena Zvezda” klubunun yetirməsi olan Nikola, karyerası ərzində “Rad” (Serbiya, 2004/05), “Zeta” (Monteneqro, 2005/06), “Radniçki” (Serbiya, 2006/07), ÇSKA (Sofiya, Bolqarıstan, 2007/08), “Unirea Alba Yulia” (Rumıniya, 2009/10), “Aberdin” (Şotlandiya, 2010/11), “Yavor” (Serbiya, 2012), “Şturm” (Avstriya, 2012-2014), “Osasuna” (İspaniya, 2014/15, 2017), BSU (Çin, 2015/16), “Lex” (Polşa, 2017-2019) klublarında çıxış edib.

Onun son komandası Sloveniya “Domjale”si (2019/20) olub.