“Sabah”da bu iki mövsümdə yaşadıqlarımı təsvir etmək üçün söz tapa bilmirəm”

“Sabah”ın müdafiəçisi İqor Noqeyra Azərbaycan kubokunun finalında “Zirə” üzərində 2:1 hesablı qələbə haqda danışıb.

Komanda.az xəbər verir ki, “Lance” nəşrinə danışan futbolçu, ümumilikdə mövsümü də dəyərləndirib:

“Sabah”da bu iki mövsüm ərzində yaşadığım hər şeyi təsvir etmək üçün söz tapa bilmirəm. Klubun layihəsinə inanaraq Azərbaycana gəldim və bu gün hər şeyin bəhrəsini görürük. Hər bir futbolçunun arzusu titul qazanmaq və adını klubun tarixinə yazmaq imkanına sahib olmaqdır. Mən də buna nail oldum. “Sabah”da iki ilə üç titul qazanmışam. Buna görə də, şübhəsiz ki, qürur hissi keçirirəm. Premyer Liqada əvvəldən sona qədər sabit idik. Şübhəsiz ki, titul qazandıq və həmçinin, kubokda əla çıxış etdik, finalı qazandıq. Sona qədər emosional və sədaqətlə yaxşı çıxış etdik. İndi qalan tək şey hər şeydən zövq almaqdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button