“Sabah” baş məşqçisi ilə yollarını ayırdı – RƏSMİ

“Sabah” əvəzedici komandasının baş məşqçisi Vasif Haqverdiyevlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gənc məşqçiylə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ona verdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.