“Sabah”a qarşı layiqli mübarizə apardıq”

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 16-ci turunun “Sabah” (1:1) ilə oyunundan sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, Əsgərli matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“Oyuna itkilərlə çıxmışdıq. Onları əvəz edən oyunçularımız var idi. “Sabah” möhtəşəm komandadır. Ona görə sevinirəm ki, uğurlu seriyanın davamı gəlir. Biz bir ailəyik. 90 dəqiqə futbolçularım mübarizə apardı. Onlara təşəkkür edirəm. Çoxlu təzyiqlər olur onlara. Onları bağrıma basıram. Rəqibə uğurlar arzu edirəm.

“Sabah”la ilk oyunda da sürpriz edə bilərdik. Bu oyunda da layiqli mübarizə apardıq. Qələbə də qazana bilərdik.

Əvvəllər məğlub olurduq. Bu, çox çətin idi. Futbolçularım uzun marafonda olduğumuzu bilir. Ona görə sabahdan “Zirə” ilə matça hazırlaşacağıq”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button