“Sabah”a prezident dəstəyi

Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilən “Sabah” – “Qarabağ” matçından sonra meydan sahibi klubun prezidenti Maqsud Adıgözəlov komandasının paltardəyişmə otağına gəlib.

Komanda.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ramin Quliyev oyundan sonra keçirilən mətbuat konfransında deyib. O, klub prezidentinin paltardəyişmə otağına gələrək, komandaya sərgilədiyi oyuna görə təşəkkür etdiyini deyib.

“Sabah” – “Qarabağ” matçı 1:2 hesabıyla bitib.