“Sabah” yeni nəqliyyat tərəfdaşı ilə anlaşıb

“Peugeot Azerbaijan” şirkəti “Sabah” klubunun yeni nəqliyyat tərəfdaşı olacaq.

Klubdan Komanda.az-a verilən məlumata görə, tərəfdaşlıq çərçivəsində “Sabah” nəqliyyat vasitələri ilə təmin ediləcək.

Artıq şirkət tərəfindən elektrik mühərrikli, yeni “e-2008 Peugeot” markalı avtomobil “Sabah” FK-nın ixtiyarına verilib. Avtomobil “Peugeot Azerbaijan” şirkətinin direktoru Ramin Mustafayev tərəfindən “Sabah”ın prezidenti Maqsud Adıgözəlova təqdim edilib.

Bundan əlavə, “Sabah” FK-nın ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”da ehtiyat oyunçular skamyası “Pegeout” brendinə uyğun şəkildə daha rahat və müasir oturacaqlarla təmin edilib, həmçinin stadionda brendin reklam lövhələri yerləşdirilib.

“Peugeot Azerbaijan” şirkəti zəngin tarixi və təkrarolunmaz dizaynı ilə seçilən “Peugeot” avtomobil brendinin ölkəmizdəki rəsmi distribütorudur.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button