“Sabah” üçün yeni sponsor

“Sabah” klubu yeni sponsor müqaviləsi bağlayıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “Sədərək” Ticarət Mərkəzi bundan sonra “Sabah”ın sponsorlarından olacaq.

Müqaviləyə əsasən, ticarət mərkəzinin reklamları klubun rəsmi veb səhifəsi, sosial media hesabları ilə yanaşı, “Sabah”ın ev oyunlarını keçirdiyi “Əlincə Arena”nın müxtəlif yerlərində də əks olunacaq.

Bundan əlavə, əməkdaşlıq çərçivəsində sağlam həyat tərzinin təbliği və ölkə futboluna marağın artırılması istiqamətində birgə layihələrin həyata keçirilməsi nəzərədə tutulub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button