
“Sabah” Türkiyədəki beynəlxalq turnirdə 6-cı oldu
“Sabah”ın U-12 komandası Türkiyədə təşkil edilən “Rize Cup” beynəlxalq turnirini 8 xalla altıncı pillədə başa vurub.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda növbəti oyunlarını keçirib.
“Sabah” Gürcüstanın “Dinamo” (Batumi) və Türkiyənin “Samsunspor” komandaları ilə heç-heçə edib (0:0). Türkiyənin “Fənərbaxça” (1:2) və “Gənclərbirliyi” (0:2) komandalarına məğlub olub.
“Sabah” daha öncə “Rizəspor” (1:2), “Başakşəhər” (1:0) və “Qaziantep”lə (3:1) qarşılaşmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


