
“Sabah” rəsmisindən adı Qazaxıstan klubu ilə hallanan futbolçu haqda açıqlama
“Sabah”ın qapıçısı Stas Pokatilovun karyerasını Qazaxıstanda davam etdirə biləcəyi barədə məlumat yayılıb.
Qazaxıstanlı qapıçıya “Aktobe”dən təklif gəlib. Qazaxıstan yüksək liqasının təmsilçisi Pokatilov üçün hərəkətə keçib.
Bu barədə klubun idman direktoru Marat Xayrullin məlumat verib:
“Qapıçı namizədlərimiz var. Şəxsən “Sabah”ın futbolçusu olan Stas Pokatilovla danışmışam. Amma o, hazırda oynayır və klubla müqaviləsi var, komandasının da kapitanıdır”.
“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məsələ ilə bağlı Komanda.az-a açıqlama verib. Klub rəsmisi bildirib ki, hazırda qapıçının “Sabah”la davam edən müqaviləsi var:
“Stas Pokatilovun klubla müqaviləsi var. Hazırda klub olaraq yalnız qarşıdakı oyunlarımıza köklənmişik. Hər hansı futbolçu ilə yeni müqavilə bağlansa, bu barədə rəsmi səhifələrimiz vasitəsilə ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Pokatilovun Masazır təmsilçisi ilə müqaviləsinin müddəti bu yay başa çatacaq.
Uğur
Bizi Facebook-da izləyin



