“Sabah” Qomesə təzminat ödəyəcək?

“Sabah”ın baş məşqçisi Visente Qomesi istefaya göndərdiyini xəbər vermişdik.

Komanda.az saytının əldə etdiyi məlumata görə, paytaxt klubu ispan mütəxəssislə qarşılıqlı razılıq əsasında vidalaşıb.

Bu üzdən də “Sabah” Qomesə heç bir təzminat ödəməyəcək.

Xatırladaq ki, ispan mütəxəssis 2020-ci ilin yayından “Sabah”ın baş məşqçisi idi.

“Sabah”da baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Ramin Quliyevə həvalə edilib.