“Sabah” qazaxıstanlı qapıçıya yeni müqavilə təklif edib

“Sabah” klubla müqaviləsi başa çatan Stas Pokatilovu saxlamaq istəyir.

Komanda.az xəbər verir ki, klub qazaxıstanlı qapıçıya yeni sözləşmə təklif edib. Bu barədə “vesti.kz” saytı məlumat yayıb.

Masazır təmsilçisi növbəti mövsümdə də “çərçivə”ni Pokatilova əmanət etməyi planlaşdırır.

Pokatilov ötən mövsümün ikinci yarısında “Sabah”a qoşulub. 32 yaşlı qolkiper komandanın heyətində 19 rəsmi matçda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button