
“Sabah” “Qarabağ”dan ayrılan futbolçunu heyətinə qatdı
“Sabah” heyətinə yeni futbolçu qatıb.
Komanda.az xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb.
Qapıçı Amin Ramazanov bundan sonra Masazır təmsilçisinin uğurları üçün çalışacaq. 23 yaşlı qolkiperlə 2 illik müqavilə bağlanıb.
Rusiyanın “Lokomotiv” (Moskva) klubunun yetirməsi olan oyunçu karyerası ərzində “Qarabağ” və “Zaqatala”da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



