“Sabah” onu 2 həftə də gözləyəcək

“Sabah”ın futbolçusu Elşən Abdullayev Azərbaycan Premyer Liqasının 18-ci turunda “Qarabağ”la keçiriləcək matçda iştirak etməyəcək.

Bu barədə Komanda.az-a “Sabah”ın baş məşqçisi Elşad Əhmədov məlumat verib. Əhmədov, Abdullayevin zədə səbəbindən iki həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Elşən Abdullayev Premyer Liqanın 16-cı turunda keçirilən “Sabah” – “Qəbələ” matçının 46-cı dəqiqəsində meydana daxil olmuş, ancaq 60-cı dəqiqədə zədələnərək, yerini Emil Qasımova vermişdi. O, 17-ci turda keçirilən “Səbail”lə görüşü də buraxmalı olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button