“Sabah” koronavirus testindən keçdi

“Sabah” klubunun futbolçu, məşqçi heyəti və digər əməkdaşları koronavirus (COVİD-19) testindən keçib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Testin nəticəsi hamıda neqativ çıxıb.

Bundan əlavə, “Bank Respublika Arena”da mütəmadi olaraq dezinfeksiya işləri aparılır.

“Qarabağ”, “Neftçi” və “Zirə”də də futbolçulardan və klubda çalışanlardan oxşar testlər götürülüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button