“Sabah” milli üzvünü icarəyə göndərdi – Niderland klubuna

“Sabah” klubu və Niderlandın “Telstar” klubu arasında Ozan Can Kökcünün icarəyə verilməsiylə bağlı razılıq əldə olunub.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müqaviləyə əsasən, gənc yarımmüdafiəçi cari mövsümün sonuna kimi Niderlandın 2-ci liqa təmsilçisində çıxış edəcək.

2019-cu ilin avqustundan “Sabah”da çıxış edən Ozan, Azərbaycanın U-21 yığmasında 16 oyunda 1 qol vurub.

“Telstar” Niderland 2-ci liqasında 8-ci sırada yer alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button