“Qəbələ”dən “Sabah”a – Rəsmi

“Sabah” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Bakı təmsilçisi “Qəbələ”dən Bəhlul Mustafazadəni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

“Qəbələ”nin yetirməsi olan Bəhlul peşəkar karyerasında bu komandadan başqa, “Sumqayıt”ın uğurları üçün də çalışıb. Mustafazadə ötən mövsüm “Qəbələ”də çıxış edib.

Müdafiəçi Azərbaycan yığmasının U-17, U-19 və U-21 komandalarının şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button