“Sabah” ilk sınaq matçının vaxtını açıqladı

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” yanvarın 11-də hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi Macarıstanın “Pakş” klubu ilə qarşılaşacaq.

Belekdəki Hüseyn Aygün Futbol Mərkəzində baş tutacaq oyuna yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 18:30-da) start veriləcək.

Qarşılaşma “Sabah”ın “youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button