“Dinamo”nun sabiq futbolçusu “Sabah”da – rəsmi

“Sabah” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, ukraynalı müdafiəçi Zurab Oçiqava bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq. 25 yaşlı futbolçuyla mövsümün sonuna kimi müqavilə bağlanıb.

Zurab peşəkar karyerası ərzində Ukraynanın “İlyiçevets” (2014-15), “Dinamo-2” (Kiyev, 2015-16), “Dinamo” (Kiyev, 2016-17), “Olimpik” (Donetsk, 2017-18), “Dnepr-1” (2018-19), “Vorskla” (2019-20) və Estoniyanın “Levadiya” (2020) klublarında çıxış edib. Oçiqava Ukrayna U-21 millisinin üzvü olub.

Yeni transfer “Sabah”da 3 nömrəli formada çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button