“Sabah” futbol çempionatı təşkil etdi FOTOLAR

“Sabah” klubu 500 nəfər gəncin iştirakı ilə keçirilən Yay Festə qoşulub.

Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, “Sabah” Azərbaycanın ən böyük gənclər düşərgəsində keçirilən futbol çempionatını təşkil edib. Çempionatda 24 komandanı təmsil edən 120 gənc iştirak edib. Çempionatda ilk üç yeri tutan komandalar “Sabah” klubu tərəfindən mükafatlandırılıb.

Düşərgə Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən təşkil olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button