
“Sabah” bu gün Ukrayna komandası ilə qarşılaşacaq
Yeni mövsümün hazırlığını Sloveniyada davam etdirən “Sabah” bu gün növbəti yoxlama matçını keçirəcək.
Komanda.az xəbər verir ki, Bakı təmsilçisi “Krivbas” (Ukrayna) ilə qarşılaşacaq.
“Brejitse” stadionunda gerçəkləşəcək matçın start fiti saat 20:30-da səslənəcək.
“Sabah” daha əvvəl yoxlama görüşündə Sloveniyanın “Koper” komandasına 1:0 hesabı ilə qalib gəlib. “Çukariçki” (Serbiya) ilə görüş isə qolsuz yekunlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin