“Sabah” başladı, yeni transferi ilk məşqə çıxdı

“Sabah” yeni ildə ilk məşqə çıxıb.

Komanda.az xəbər verir ki, məşq “Bank Respublika Arena”nın ehtiyat meydançasında baş tutub.

Paytaxt təmsilçisinin yeni transferi Mario Marina da ilk məşqdə iştirak edib.

Komanda yanvarın 7-nə kimi Masazırda məşqlərini davam etdirəcək. Ayın 8-də Türkiyəyə yola düşəcək “Sabah”, burda 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Jelko Sopiçin yetirmələri yanvarın 11-də Macarıstanın “Pakş”, 15-də Rumıniyanın “Akademika” (Klinçeni), 19-da isə Qazaxıstanın “Kaysar” klubları ilə qarşılaşacaq. Daha bir rəqib barədə qarşıdakı günlərdə məlumat veriləcək.

“Sabah” Bakıya yanvarın 22-də qayıdacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button