“Sabah” “Barselona”nın yetirməsi ilə müqavilə bağladı – rəsmi

“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Sabah” ispaniyalı yarımmüdafiəçi Kristian Sebalyosla üç illik müqavilə bağlayıb.

28 yaşlı oyunçu “Sabah”da 11 nömrəli formada çıxış edəcək.

“Barselona” Futbol Akademiyasının yetirməsi olan Sebalyos, karyerası ərzində İngiltərənin “Tottenhem” (2011-2013), “Çarlton” (2015/2016), Portuqaliyanın “Aroka” (2013/2014), Belçikanın “Sent-Trüden” (2016-2019), Qətərin “Al-Vakra” (2019-2021) və “Qətər” (2020/21) klublarında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button