Azərbaycan yığmasının Moldova ilə oyun üçün heyəti SİYAHI

Sabah Bakı İdman Sarayında növbəti oyununa çıxacaq futzal üzrə Azərbaycan millisinin yekun heyəti müəyyənləşib.

Komanda.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, karyerasını İspaniya klublarında davam etdirən Qalo və Rafael Vilela da bu gün komandaya qoşulub. Zədəli Emin Kürdovu isə Cavad Məmmədov əvəzləyib.

Baş məşqçi Joze Alesio Da Silva Moldova ilə görüşdə bu futzalçıların xidmətindən istifadə edəcək:

Qapıçılar: Rövşən Hüseynli, Cavad Məmmədov;
Oyunçular: Bolinya, Rizvan Fərzəliyev, Qalo, Rafael Vilela, Vassoura, Amir Şojaei, Xətai Bağırov, İsa Atayev, Ramiz Çovdarov, Fine De Arauxo, Hadi Ahmadi, Eduardo Borqes.

Sabah keçiriləcək Azərbaycan – Moldova matçı saat 19:00-da başlayacaq.