
“Sabah” 4000 manat cərimə olundu
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda kubok oyunlarında baş verənlərlə bağlı qərarlar açıqlanıb:
Azərbaycan kubokunda yarımfinalın “Araz-Naxçıvan” – “Qarabağ” oyununda “Araz-Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilib.
Azərbaycan kubokunda yarımfinalın “Neftçi” – “Sabah” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilib.
Azərbaycan kubokunda yarımfinalın “Neftçi” – “Sabah” oyununun 90+3-cü dəqiqəsində “Sabah” klubunun məşqçisi Aleksey Antonyuk hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalanıb, “Sabah” 4000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
Bizi Facebook-da izləyin



