“Səudiyyə Ərəbistanı tezliklə Fransa, İtaliya, Almaniya qədər güclü olacaq”

İtaliyalı mütəxəssis Fabio Kapello Roberto Mançininin Səudiyyə Ərəbistanı milli komandasının “sükanı arxasına” keçməsinə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Mançiniyə görə xoşbəxt olduğunu söyləyib:

“Robertoya görə çox xoşbəxtəm. Mançini kimi mütəxəssisin qısa zamanda iş tapması məntiqlidir.

Səudiyyə Ərəbistanını belə məşqçi ilə anlaşdıqları üçün yalnız təbrik etmək, tərifləmək olar. Orada futbol durmadan inkişaf edir. Səudiyyə Ərəbistanı tezliklə Fransa, İtaliya, Almaniya qədər güclü olacaq”.

İtaliyalı çalışdırıcı Mançininin təyinatı avqustun 27-də ictimaiyyətə açıqlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button