“Səhvlərdən qaça bilmədik”

19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandasının üzvü Şahbaz Həndəmli AÇ-2023-ün əsas mərhələsi çərçivəsində keçirilmiş Bosniya və Herseqovina ilə oyunu şərh edib.

Komanda.az xəbər verir ki, 1:4 hesabıyla uduzduqları matçda komandamızın yeganə qolunu vuran futzalçı bunları söyləyib:

“Oyun bizim üçün çətin keçdi. İlk matçla müqayisədə daha yaxşı oynadıq, top saxladıq, müdafiədən hücuma çıxa bildik. Buna görə də qol epizodlarımızın sayı bir qədər çox oldu. Amma səhvlərdən də qaça bilmirdik. Çalışmalıyıq ki, bu cür səhvlərə yol verməyək və əlimizə düşən şanslardan maksimum istifadə edək.

Təbii ki, qol vurduğuma görə, sevinirəm. Bu Avropa yarışlarında ilk qolum idi. Ancaq önəmli olan komandanın uğur qazanmasıdır. Təəssüf ki, buna nail ola bilmədik. Yunanıstanla matça qələbə qazanmaq üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, məqsədimizə nail olaq”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button