Türk məşqçi Elvindən danışdı: “Ondan faydalanacağıq”

“Səbail”lə yollarını ayıran Elvin Yunuszadənin Bosniya və Herseqovinanın “Çelik” klubuna transfer olunduğunu xəbər vermişdik.

Komanda.az xəbər verir ki, yerli mətbuata açıqlama verən “Çelik”in baş məşqçisi Ümit Özat Yunuszadənin transferi haqda da danışıb:

“Allah qoysa, faydalana biləcəyimiz bütün futbolçuları alacağıq. Elvin Çempionlar Liqasında bir neçə oyun keçirib. Ondan faydalanacağıq”.

Elvin Yunuszadə “Çelik”lə müddəti mövsümün sonuna qədər olan müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button